Güləşçimiz bürünc medal qazandı

Sportarena.az      3 Noyabr 2021 , 10:00

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçirilir.

Sportarena.az xəbər verir ki, ilk yarış günündə 5 güləşçimiz xalçaya çıxıb.

Onlardan 4-ü - Həsən Məmmədli (63 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yarışla erkən vidalaşıb.

Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə də startda sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub. Lakin onun rəqibi finala yüksəldiyi üçün Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. O, əvvəlcə Özbəkistandan olan həmkarını üstələyib. Növbəti qarşılaşmada isə Ukrayna idmançısına heç bir şans tanımayıb. Həlledici görüşdə ABŞ təmsilçisinə tam üstünlüklə qalib gələn Nihad dünya çempionatının bürünc medalına sahib çıxıb.

55 kq

1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*

Təsəlliverici görüş: Nihad Quluzadə - İxtiyar Botirov (Özbəkistan) 7:3

Təsəlliverici görüş: Nihad Quluzadə - Taras Krupski (Ukrayna) 8:0

​Bürünc medal görüşü: Nihad Quluzadə - Teylor La Mont (ABŞ) 9:0

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin