"Beşiktaş" yenə uduzdu, "Liverpul"la "Ayaks" pley-offa yüksəldi - YENİLƏNİB

02:00 4 Noyabr 2021

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Sportarena.az xəbər verir ki, 2-ci oyun günündə daha 8 matç keçirilib.

 

A qrupunda "Mançester Siti" "Brügge", "Leyptsiq" isə PSJ ilə qarşılaşıb.

B qrupunda "Milan" "Portu", "Liverpul" "Atletiko" ilə üz-üzə gəlib. Mersisayd təmsilçisi qələbə qazanacağı təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" "Sportinq"in qonağı olub. "Borussiya" (Dortmund) isə "Ayaks"ını qəbul edib. Niderland təmsilçisi qələbə qazansa, növbəti mərhələyə vəsiqəni təmin edəcək.

D qrupunda "Real" Donetsk "Şaxtyor"u ilə, "Şerif" "İnter"lə qarşılaşıb.

Qeyd edək ki, dünən "Bavariya" və "Yuventus" 1/8 finala vəsiqəni təmin edib.

A qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) 4:1

00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa) 2:2

B qrupu

21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya) 1:1

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) 2:0

C qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) 4:0

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland) 1:3

D qrupu

21:45. "Real " (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:1

00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya) 1:3


Digər xəbərlər

Xəbər xətti