“Qarabağ”ın futbolçusu Qara Qarayev sabah Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la Qazaxıstanda keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi oyundan öncə təşkil olunan mətbuat konfransında komandasının görüşə hazır olduğunu bildirib:
“Sabahkı matç bizim üçün vacibdir. Əsas şey komandamızın bu oyuna tam hazır olmasıdır. Bizi çətin bir mübarizə gözləyir. “Kayrat”ı ciddi rəqib hesab etməməyimiz üçün heç bir səbəb yoxdur. Bu komandanı özümüzə yaxşı rəqib sayırıq. Qazaxıstana uğurlu nəticə üçün gəlmişik. Matça hazırıq”.