Dünya çempionatı: İki boksçumuz bürünc medal qazandı

01:50 5 Noyabr 2021

Azərbaycan daha iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal döyüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevə 0:5, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla 0:5 hesabı ilə uduzub. Finala yüksələ bilməyən idmançılarımız bürünc medal qazanıblar.

 

Xatırladaq ki, 86 kq-da mübarizə aparan boksçumuz Alfonso Dominges isə finala yüksəlib.  O, həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək. 


Xəbər xətti