Azərbaycan UEFA reytinqində irəlilədi

11:12 5 Noyabr 2021

Avrokubokların qrup mərhələsinin 4-cü turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Sportarena.az xəbər verir ki, Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Qazaxıstanda “Kayrat”a qalib gəlməklə (2:1) ölkəmizin reytinqinə 0,500 xal əlavə edib.

Bundan əlavə,qrupdan çıxmağın təmin edildiyi üçün əlavə 0,250 xal aktivimizə əlavə olunub. Bununla da cari mövsüm əldə edilən xal 4,125-ə çatıb.

Son 5 ilə əsasən hesablanan reytinqimiz 16,750-yə yüksəlib. Bu, sıralamada 1 pillə irəliləmək üçün yetərli olub.

Azərbaycan Avropada 25-ci pilləyə qalxıb. Ölkəmiz 16,650 xala malik Rumıniyanı arxada qoyub.

Ən yaxın izləyicisini 0,100 xal qabaqlayan Azərbaycanın 24-cü olan Bolqarıstanla fərqi 2,500 xala bərabərdir.


Digər xəbərlər

Xəbər xətti