Güləşçimiz erməniyə qalib gələrək yarımfinala çıxdı

01:25 6 Noyabr 2021

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçiləri  mübarizəyə başlayıb. Xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

 

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana qalib gələrək yarımfinala çıxıb. 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellanı məğlub edib, növbəti raunda yüksəlib.


Xəbər xətti