Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Bayer"in futbolçusu Mussa Duabidir. O, səsvermədə “Vest Hem”dən Said Benrahma, "Lion"dan İslam Slimani, “Braqa”dan Rikardo Hortanı qabaqlayıb.
Qeyd edək ki, Diabi Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Betis"ə 4:0 hesabı ilə qalib gəldikləri matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.