Konfrans Liqasının IV turundan sonra statistik göstəricilər açıqlanıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” turnirdə topa sahib olmaya görə liderdi. H qrupunun lideri olan Ağqdam klubu 60,5 faiz topla oynayıb. Qurban Qurbanovun komandasını “Alkmaar” (Niderland, 59,8 faiz) və “Gent” (Belçika, 59,8 faiz) izləyir.
4 oyuna 8 qol vuran “Qarabağ” “Lask”, “Bazel” və “Slovan”la birgə 6-cı yerə şərikdi.
Ağdam klubu qapıya ən çox zərbə vuran komandalar sırasında 5-ci yeri tutur. Təmsilçimiz ümumilikdə 62 zərbə endirib.