Lionel Messi "Bordo" ilə matçı buraxacaq

00:21 6 Noyabr 2021

PSJ-nin futbolçusu Lionel Messi Fransa çempionatının 13-cü turunda "Bordo" ilə matçı buraxacaq.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçunun bud nahiyəsindəki narahatlıq səbəbindən müalicəsi davam edir.

 

Qeyd edək ki, PSJ - "Bordo" görüşü noyabrın 6-ı keçiriləcək. Xatırladaq ki, Messi zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"lə görüşü (2:2) buraxıb.


Digər xəbərlər

Xəbər xətti