Stefano Pioli İtaliyada ayın ən yaxşı baş məşqçisi seçilib

02:37 6 Noyabr 2021

Futbol üzrə İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

 

Sportarena.az xəbər verir ki, “Milan”ın çalışdırıcısı Stefano Pioli ötən ayın ən yaxşısı seçilib. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

 

Piolinin rəhbərlik etdiyi “Milan” ötən ay çempionatda 5 oyuna çıxıb və 5 qələbə qazanıb.


Xəbər xətti