Daha bir güləşçimiz dünya çempionu adını qazandı

10:18 8 Noyabr 2021

Serbiyada 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı sona çatıb.

Sportarena.az xəbər verir ki, Belqradda keçirilən turnirin son günündə azərbaycanlı sərbəst güləşçi Osman Nurməhəmmədov final görüşünə çıxıb.

92 kq çəki mübarizə aparan Azərbaycan millisinin idmançısı həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gəlib.

Belədə, o, mundialda Azərbaycana 3-cü qızıl medalı qazandırıb. Buna qədər Həsrət Cəfərov və Əliabbas Rzazadə də ilk pillənin sahibi olmuşdu.


Xəbər xətti