İngiltərənin "Aston Villa" klubu baş məşqçisi Din Smitlə yollar ayrılıb.
Sportarena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Smit 2018-ci ildən "Aston Villa"nı çalışdırırdı.