Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun da çıxış etdiyi “Bursaspor” azarkeşlərin hücumuna məruz qalıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabları məlumat yayıb. Hadisə Türkiyə 1-ci Liqasının 12-ci turunda “Kocaelispor”la səfər oyunundan əvvəl baş verib. Komanda stadiona daxil olarkən yerli fanatlar avtobusu təpikləyib və butulkalar atıblar.
Qeyd edək ki, 1:2 hesabı ilə məğlub olan “Bursaspor”un yeganə qoluna penaltidən Namik Ələskərov imza atıb.