"Barselona" Xavini təqdim etdi - FOTO

09:41 9 Noyabr 2021

"Barselona" yeni baş məşqçisi Xavinin təyinatını ictimaiyyətə təqdim edib.

Sportarena.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

 

Kataloniya təmsilçisinin yeni baş məşqçisi təyinatından sonra bu cür danışıb: "Barselona"da işləməyə hazır olduğumu hiss edirəm. Qayıdışım tez oldu. 3-4 günə həyatım dəyişdi.

Futbolçulara öz təcrübəmi aşılamağa çalışacam. Yenidən "Barselona"nın titullar qazanmasına və gözəl oyun göstərməsinə kömək olmağa çalışacam. Fanatlara göstərdiyi sevgilərə görə təşəkkür edirəm. Qələbələrlə onları sevindirəcəyimizə inanıram".



Digər xəbərlər

Xəbər xətti