Lüksemburq millisinin qapıçısı Bakıya gəlməyəcək

11:00 9 Noyabr 2021

Lüksemburq millisinin əsas qapıçısı Antoni Morisin DÇ-2022-nin seçmə mərhələsində millimizlə keçiriləcək oyunda iştirak etməyəcək.

Sportarena.az xəbər verir ki, bu barədə Lüksemburq mətbuatı məlumat yayıb. Belçikanın “Yunion” klubunda çıxış edən 31 yaşlı qolkiperin koronavirus testinin cavabı müsbət çıxıb.

 

Onun əvəzinə yığmaya Norveçin “Brann” klubunun qolkiperi Ralf Şon cəlb ediləcək.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti