“Parma”nın apıçısı Canluici Buffon antirekorda imza atıb.
Sportarena.az xəbər verir ki, 43 yaşlı qapıçı ilk dəfə bir matçın birinci hissəsində 4 qol buraxıb. O, B seriyasında “Leççe” ilə keçirilən matçın ilk hissəsində qapısında 4 top görüb.
“Leççe” – “Parma” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü peşəkar karyerasına 1995-ci ildə "Parma"da başlayıb. Daha sonra o, "Yuventus" və PSJ-də də çıxış edib.