Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd olan Samet Aybaba açıqlama verib.
Sportarena.az xəbər verir ki, "Fanatik" nəşrinə danışan 66 yaşlı mütəxəssis AFFA-dan ona maraq olduğunu təsdiqləyib. Aybaba danışıqların davam etdiyini bildirib:
"Marağın olduğu doğrudur. Danışıqlarımızın olduğunu da deyə bilərəm. Lakin rəsmi olaraq nəticələnən bir anlaşma yoxdur. Danışıqlarımız davam edir".
Qeyd edək ki, Samet Aybabanın son iş yeri "Adana Dəmirspor" olub.