Fransa millisində Poqba şoku

13:29 9 Noyabr 2021

Fransa milli komandasının yarımmüdafiəçisi Pol Poqba zədələnib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu "xoruzlar"ın dünən baş tutan məşqində sıradan çıxıb. Qapıçı Alfonse Areola ilə ikili mübarizədə zədələnən "Mançester Yunayted"in ulduzu meydanı axsayaraq tərk edib.

 

Təcrübəli yarımmüdafiəçinin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. 

 

Qeyd edək ki, Fransa yığması DÇ-2022-nin seçmə mərhələsində Qazaxıstan (13 noyabr) və Finlandiya ilə (16 noyabr) qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti