Ersun Yanal Azərbaycan millisində?

15:00 9 Noyabr 2021

Okan Burukun ardından daha bir türk məşqçinin adı Azərbaycam milli komandası ilə hallanır. 

Ersun Yanal millimizi çalışdıra bilər. 

Ötən ay Superliqa təmsilçisi "Antalyaspor"la yollarını ayıran 59 yaşlı mütəxəssis hazırda işsizdir. Onun adı həmçinin, "Fənərbağça"nın baş məşqçi postuna namizədlər arasında göstərilir. 

Qeyd edək ki, ötən mövsümün gedişində "Antalyaspor"a gətirilən təcrübəli mütəxəssis klubun tarixində 21 ildən sonra komandanı kubokun finalına çıxarmaqla yadda qalmış, yalnız həlledici matçda "Beşiktaş"a uduzub. Bu mövsüm Superliqadakı 8 matçda 4 yenilgidən sonra klubla yollarını ayırmalı olub.

Yeri gəlmişkən, Ersun Yanal məşqçilik karyerası ərzində Türkiyənin bir çox klublarını, o cümlədən,"Trabzonspor", "Fənərbaxça" kimi məşhur komandaları çalışdırıb. "Fənərbaxça"ya 2013/14-cü illər mövsümündə  çempionluq qazandırıb. Həmçinin, onun rəhbərliyi altında "Gənclərbirliyi" 2 dəfə, "Antalyaspor" isə bir dəfə Türkiyə Kubokunun finalına kimi irəliləyib.

2004-2005-ci illərdə Türkiyə millisinin başına gətirilən məşqçi komandasına 15 oyunda 8 qələbə qazandırıb, 4 rəqiblə oyun heç-heçə başa çatıb, 3 matçda isə məğlub olub. Bu göstərici ilə (53.33 faiz) o, Türkiyə millisinə başçılıq edənlər arasında birinci pillədədir. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti