İdmançılarımız dünya çempionatında fərqləndilər

15:20 9 Noyabr 2021

Azərbaycan Bodibildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyatəliyevin başçılıq etdiyi bodibilderlərdən ibarət milli komandamız İspaniyada keçirilən "İFBB dünya çempionatı"da iştirak ediblər. 75 ölkədən 1500-dən çox atletin iştirak etdiyi yarışda ölkəmiz 10 idmançı ilə təmsil olunub. Onlardan 5-i mükafatçılar sırasına düşüb. 

Bodibildinq növündə səhnəyə çıxan Fuad Quluzadə (100 kq-a qədər) 3-cü yer, Yusif Nurullayev (90 kq-a qədər) 5-ci yer, Nizami Yarməmmədov isə (masterlər, 80 kq-a qədər) 4-cü yeri tutublar. "Mens fizik" üzrə yarışan Rasim Həsənov (170 sm-ə qədər) 2-ci, Əli Qurbanlı isə (178 sm-ə qədər) 3-cü olublar.

Şahin Cahangirov isə (Bodibilnq, 85 kq-a qədər) ilk onluğa düşə bilib.

İdmançımız Fuad Quluzadə ötən dünya çempionatının qalibi olan iranlı Babək Azasmandı qabaqlayıb. Rasim Həsənov isə, bütün kateqoriyaları əhatə edən və əfsanəvi Arnold Şvartsnegger adını daşıyan "Mens fizik" yarışında mütləq çempion olub.


Digər xəbərlər

Xəbər xətti