"Zirə"dən Premyer Liqada 200-cü qol

10:21 10 Noyabr 2021

“Zirə” Premyer Liqada 200-cü qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, bu, X turun “Sabah”la matçına təsadüf edib. 3:3 hesablı səfər qələbəsində het-trikə imza atan Davit Volkovun ilk qolu klub tarixinə Premyer Liqadakı yubiley topu kimi düşüb.

 

2015-ci ildən yüksək dəstədə çıxış edən “qartallar” burada keçirdiyi 178-ci oyunda qol sayını 202-yə çatdırıb. Bu toplardan 111-i evdə, 91-i səfərdə vurulub.

 

Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev qarşılaşmasında vurub. Həmin görüşdə Viktor İqbekoyi 1:0 hesablı qələbəni gətirən topun müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti