İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı futbolçusu bəlli oldu

13:49 10 Noyabr 2021

İtaliya A çempionatında oktyabrın ən yaxşı futbolçusunun adı məlum olub.

Sportarena.az xəbər verir ki, “Verona”nın hücumçusu Covanni Simeone bu ada layiq görülüb. Cari mövsüm 7 qol vuran argentinalı, bunların 6-nı ötən ay vurub.

​Belə ki, “Latsio” ilə matçda poker edən Simeone, “Yuventus”u məğlub etdikləri görüşdə də dublla yadda qalıb. Yeri gəlmişkən, 7 qolla yanaşı o, həm də 1 assist edib.


Xəbər xətti