PSJ-nin zədəli futbolçusu Serxio Ramos tam olaraq sağalıb.
Sportarena.az xəbər verir ki, 35 yaşlı müdafiəçi artıq məşqlərə başlayıb.
Ramos PSJ-nin yüksək liqanın növbəti turunda, noyabrın 20-də “Nant”a qarşı keçirəcəyi oyunda iştirak edə bilər.
Yayda "Real"dan Paris klubuna keçən ispan yeni klubunda hələ ki, debüt etməyib.