Azərbaycan milli komandasının Qətərlə keçirəcəyi yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Donatas Rumşas olacaq. Ona həmyerliləri Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Qətər qarşılaşması noyabrın 14-ü saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.