Premyer Liqamızın bombardiri millidə debüt etdi

11:19 12 Noyabr 2021

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisinin heyətində ilk matçına çıxıb.

Sportarena.az xəbər verir ki, 26 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Tbilisidə İsveçlə görüşdə debüt edib. Volkov 70-ci dəqiqədə Tornike Okriaşvilinin əvəzinə meydana daxil olub. Sözügedən qarşılaşma Gürcüstan millisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Qeyd edək ki, Davit Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.


Digər xəbərlər

Xəbər xətti