UEFA "Qalatasaray"ın Avropa Liqasının 4-cü turunda "Lokomotiv"lə oyununun yenidən keçirilməsində dair müraciətini rədd edib.
Sportarena.az xəbər verir ki, noyabrın 4-də İstanbulda keçirilən görüşün (1:1) baş hakimi Sandro Şerer “Lokomotiv”in futbolçusu Dmitri Jivoqlyadova iki dəfə sarı vərəqə göstərsə də, oyunçunu meydandan qovmaq yadından çıxıb.
Türkiyə klubu da məhz buna görə matçın təkrar keçirilməsini tələb edib. Amma UEFA Türkiyə klubunun bu müraciətini rədd edib.