19 yaşadək futbolçular arasında Azərbaycan çempionatının “Neftçi” İK İB – “Sumqayıt” oyununda kütləvi dava baş verib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.
Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak edib.
AFFA İntizam Komitəs hər 4 futbolçunu 6 oyunluq cəzalandırıb.