AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələdi

16:37 12 Noyabr 2021

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Premyer Liqanın 10-cu turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

 

Premyer Liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

10-cu turun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. 

10-cu turun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti