Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası AÇ-2023-ün seçmə mərhələsinin A qrupunda növbəti oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda Avstriya önünə çıxıb və 0:3 hesabı ilə məğlub olub. Yığmamız səfərdə bu rəqibə 0:6 hesabı ilə uduzmuşdu.
U-21 yığması bundan əvvəl Xorvatiyaya(0:2, 1:5), Avstriya (0:6) və Finlandiya (1:1) yığmaları ilə qarşılaşıb.
Azərbaycan - Avstriya - 0:3
"Bakcell Arena", Bakı.
Baş hakim: Miloş Milanoviç (Serbiya).