Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda noyabrın 11-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə ilə cəzalandırılan Tellur Mütəllimov milli komandanın düşərgəsindən kənarlaşdırılıb.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Millimiz noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətər millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.