“İmarət” 12 yaşını Ağdamda qeyd etdi

09:38 15 Noyabr 2021

Noyabrın 19-da "Qarabağ"ın ən sadiq azarkeş qrupu olan "İmarət"in 12 yaşı tamam olur. 

Sportarena.az xəbər verir ki, bu münasibətlə azarkeş qrupunun üzvüləri Ağdamı ziyatər edib.

 

Tarixi ziyarət Ağdam Şəhidlər Xiyabanından, Milli Qəhrəman Allahverdi Bağırovun və başqa şəhidlərimizin məzarını ziyarət etməklə başlayıb.

Daha sonra Ağdam Cümə məscidində namaz qılınıb. "İmarət"in üzvləri "İmarət" stadionunda rəmzi futbol oynamaqla, eyni zamanda öz bəstələriylə doğma məkanda 28 illik həsrətə son qoyub.

"İmarət"in səfəri Şah Bulaq qalasındakı gəzintiylə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti