Kişi şahmatçılarımız Almaniyaya qalib gəlib

09:54 15 Noyabr 2021

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün III turun görüşləri keçirilib.

 

Sportarena.az xəbər verir ki, ilk iki turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə də güclü rəqiblərlə üz-üzə gəliblər.

 

Kişilərdən ibarət komanda ardıcıl üçüncü qələbəsini Almaniya üzərində qazanıb. Heyət üzvlərindən yalnız Şəhriyar Məmmədyarov rəqibindən üstün olub, digərləri isə görüşlərini heç-heçə ilə başa vurub.

 

Qadın yığması isə çempionatda ilk məğlubiyyətini Gürcüstandan alıb. İlk iki lövhədə yer alan Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə uduzub, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva isə heç-heçə edib.

 

Avropa çempionatı, III tur

Kişilər

 

Azərbaycan - Almaniya - 2,5:1,5

Şəhriyar Məmmədyarov - Liviu-Diter Nisipyanu - 1:0

Teymur Rəcəbov - Aleksandr Donçenko - 0,5:0,5

Rauf Məmmədov - Vinsent Keymer - 0,5:0,5

Nicat Abbasov - Mattias Blübaum - 0,5:0,5

 

Qadınlar

Azərbaycan - Gürcüstan

Günay Məmmədzadə - Nana Caqnidze

Gülnar Məmmədova - Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva - Meri Arabidze

Xanım Balacayeva - Salome Melia

 

İlk iki turda kişilər İtaliya və Serbiyanı, qadınlar Türkiyə və İsveçi məğlub edib.


Digər xəbərlər

Xəbər xətti