Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi hazırda ölkənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, o, bu barədə Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında bildirib.
İtaliyalı mütəxəssis "Neftçi"nin kapitanı Emin Mahmudovu Azərbaycanın ən yaxşı futbolçusu hesab edib: "2021-ci ilin ilk yarısında Mahir Emreli "Qarabağ"da oynayırdı və komandanın bombardiri idi. Amma millidə qol vura bilmədi. Bu gün çox istəkli idi. Bəlkə də buna görə alınmır. Amma mənim üçün Emin Mahmudov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. "Neftçi" ilə uzun müddətdən sonra çempion oldu. Onunla görüşümüzdən sonra çox dəyişdi. Futbola yanaşması çox xoşuma gəlir".