Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsidə ötən gün Serbiyaya uduzduqları matçdan (1:2) sonra göz yaşlarını saxlaya bilməyib.
Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu görüşün ardından meydançada oturub və əllərini dizlərinin üstünə qoyaraq ağlayıb.
Portuqaliya Serbiyaya uduzmaqla turnirin final mərhələsinə birbaşa vəsiqə qazanmaq şansını itirib. Komanda mübarizəni pley-off mərhələsində davam etdirəcək.