Tərlan Əhmədov özünə dəbdəbəli yubiley keçirəcək

13:06 16 Noyabr 2021

Azərbaycanın tanınan məşqçilərindən olan Tərlan Əhmədov iki gün sonra əsri yarılayacaq. Təcrübəli futbol mütəxəssis 50 illik yubileyini təmtəraqla qeyd edəcək.
 
Əhmədov yaxınlarını, dost-tanışını "Kolizey"ə toplayacaq. 
 
Qeyd edək ki, 1971-ci il noyabrın 17-də Əli Bayramlıda (Şirvan şəhəri) anadan olan Tərlan Əhmədov gənclər arasında SSRİ yığmasının heyətində Avropa çempionudur. O, futbolçu karyerasına "Termist"də başlayıb, "Neftçi", "Turan", "Qarabağ", "Şəfa", "Karvan", "Olimpik Şüvəlan" klublarının şərəfini qoruyub, Rusiyada ("Terek", "Anji", "Fakel") və Ukraynada ("Volın") legioner həyatı yaşayıb. 
 
1992-2005-ci illər arasında Azərbaycan milli komandasında çıxış edən və 75 oyun keçirən müdafiəçi kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan biridir. 
 
Məşqçi karyerasına 2009-cu ildə "Xəzər Lənkəranda başlayan Əhmədov "Neftçi"də köməkçi, daha sonra baş məşqçi olub, həmçinin, AZAL və "Keşlə"ni çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti