DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunu İngiltərə millisi üçün əlamətdar olub. Sportarena.az xəbər verir ki, Qaret Sautqeytin çalışdırdığı komanda bu oyundan 10:0 hesablı qələbə ilə ayrılıb.
İngiltərə millisi 57 ildən sonra ilk dəfə bir oyunda 10 qola imza atıb. Britaniyalılar sonuncu dəfə 1964-cü ildə ABŞ yığmasına eyni hesabla qalib gəlib.
İngiltərə yığması yer aldığı I qrupunu 26 xalla birinci pillədə bitirib və DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb.