I Divizion: Qərb derbisində “Kəpəz” qələbə qazandı

16:27 16 Noyabr 2021

Futbol üzrə Azərbaycan I Divizionunda VIII tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matçında qərb derbisi baş tutub. Gəncədə keçirilən "Kəpəz" - "Turan Tovuz" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

7 oyun keçirən "Kəpəz" 13 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Turan Tovuz" isə 8 oyunda topladığı 7 xalla 11-ci yerdədi.


Xəbər xətti