Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Elxan Abdullayevin komandası 8-ci qrupdakı 3-cü matçında Lüksemburq yığması ilə qarşılaşıb.
Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da qrupu 3-cü pillədə tamamlayan yığmamız turnirlə vidalaşıb.