Madaqaskar ordusu milli komandanın otelinə basqın etdi

01:49 18 Noyabr 2021

Dünya çempionatını seçmə mərhələsi çərçivəsində keçirilən Madaqaskar – Tanzaniya matçından əvvəl qalmaqallı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, Madaqaskar ordusunun əsgərləri qonaq komandanın qaldığı otelə basqın edib. 

 

Buna səbəb kimi isə Tanzaniyanın heyətində olan Aişi Salum Manula, Alli Samatta və Bakari Mvamnyetin koronavirusa yoluxması ilə bağlı məlumatların olduğu göstərilib. 

 

Tanzaniya Futbol Federasiyası məlumatı təsdiqləyib.


Xəbər xətti