“Səbail”in legioneri millidə 90 dəqiqə oynadı

02:22 18 Noyabr 2021

“Səbail”in müdafiəçisi Camal Araqo Liberiya millisində növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, o, DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsində Mərkəzi Afrika Respublikası ilə oyunun iştirakçısı olub.

 

Qarşılaşma Liberiya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Camal 90 dəqiqə mübarizə aparıb. “Səbail”in futbolçusu 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

Liberiya yığması yer aldığı C qrupunda 6 oyuna topladığı 6 xalla 3-cü olub.


Digər xəbərlər

Xəbər xətti