Mingəçevirdə uşaqlara forma və top verildi

02:54 18 Noyabr 2021

Regionlara səfər çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Mingəçevir şəhərində olub.

 

Sportarena.az xəbər verir ki, E.Məmmədov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqların məşqini izləyiblər.

 

Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.


Digər xəbərlər

Xəbər xətti