AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.
Sportarena.az xəbər verir ki, 8-ci turun “Qaradağ Lökbatan” – MOİK oyununda matç bitdikdən sonra qonaqların futbolçusu Elgün Bayramov hakimlər briqadasını təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığından 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.
“Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının futbolçusu Elşad Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 20 manat cərimə olunub.
“Neftçi-2” – “Keşlə-2” oyununda “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub.