“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Erik Roketa Almaniya Bundesliqasında çalışacaq.
Sportarena.az xəbər verir ki, xəbər verir ki, hazırda Meksika “Qvadalahara”sında köməkçi-məşqçi kimi işləyən 37 yaşlı ispan mütəxəssisə “Bayer” (Leverkuzen) klubu təklif göndərib. Roketa artıq məsələ ilə bağlı Meksika təmsilçisinin rəhbərliyi ilə görüşüb. Klub onun gedişinə razılıq verib.
Erik Roketa 2012/2013 mövsümündə “Xəzər Lənkəran”da baş məşqçi Yunis Hüseynovun köməkçisi olub. Hüseynovun gedişindən sonra 2012-ci il noyabrın 1-də o, komandaya müvəqqəti baş məşqçi təyin olunub. Noyabrın 14-də o, postunu Karles Bakesə təhvil verib.