Kilian Mbappe "Liverpul"a keçə bilər

03:46 20 Noyabr 2021

“Liverpul” Fransa millisinin futbolçusu Kilian Mbappeni transfer etmək istəyir.

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yayda 22 yaşlı hücumçunu yüksək maaşla sıralarına qatmaqda maraqlıdır. Mbappe “Real”a keçmək istəsə də mersisaydlılar onu fikrindən daşındırmağı planlaşdırır. “Liverpul” Kiliana illik 30 milyon avro maaş verməyə hazırdır.

 

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır.


Xəbər xətti