Uruqvay millisinin baş məşqçisi 15 ildən sonra istefaya göndərildi

13:45 20 Noyabr 2021

Uruqvay milli komandasının baş məşqçisi Oskar Tabares vəzifəsindən azad olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 74 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Tabares 2006-cı ildən Uruqvay millisini çalışdırırdı.


Xəbər xətti