UEFA Qrizmannın cəzasını ləğv etdi

15:33 20 Noyabr 2021

UEFA "Atletiko"nun hücumçusu Antuan Qrizmannın cəzasını ləğv edib.

 

Sportarena.az xəbər verir ki, qitənin ali futbol qurumu Madrid təmsilçisinin cəzanın ləğvi ilə bağlı verdiyi apellyasiya şikayətini təmin edib. Bu barədə UEFA-nin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, UEFA Qrizmannı Çempionlar Liqasının "Liverpul"la ev oyununda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırmışdı.


Xəbər xətti