İstanbul derbisi: "Qalatasaray" "Fənərbaxça"ya uduzdu - YENİLƏNİB

22:11 21 Noyabr 2021

Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, turun mərkəzi matçı bu günə təsadüf edib.

 

İstanbul derbisində "Qalatasaray" əzəli rəqibi olan "Fənərbaxça"nı qəbul edib.  "NEF Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Bu matçda "Qalatasaray" rəqibinə 1:2 hesabı ilə uduzub.

"Qalatasaray"ın heyətində Arda Turan və Saşa Buy zədə səbəbindən bu vacib görüşü buraxıb. "Fənərbaxça"da isə Altay Bayındır, Enner Valensia ve Luis Qustavo zədəlidir. 

Qeyd edək ki, hazırda "Qalatasaray" 21 xalla 6-cı, "Fənərbaxça" isə 20 xalla 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti