"Mançester Yunayted" Sulşerlə yolları ayırdı

Sportarena.az      22 Noyabr 2021 , 01:15

"Mançester Yunayted" baş məşqçisi Ole Qunnar Sulşeri istefaya göndərmək fikrindədir.


Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi Premyer Liqanın 12-ci turunda komandanın "Uotford"a məğlubiyyətindən (1:4) sonra bu qərarı veriblər. Məlumatı klubun saytı yayıb.

 

Komandanı müvəqqəti olaraq texniki direktor Darren Fletçer və məşqçi Maykl Karrik çalışdıracaqlar.

 

Mançester təmsilçisi İngiltərə Premyer Liqasında 12 turdan sonra 17 xalla turnir cədvəlinin 7-cı pilləsində qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin