Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasında növbəti matçına çıxıb.
Sportarena.az xəbər verir ki, Varşava təmsilçisi 15-ci turda "Qurnik"lə qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
Emreli meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb.