"Qalatasaray" azarkeşlərindən "Squid Game" xareoqrafiyası - FOTOLAR

11:32 22 Noyabr 2021

Ötən gün Türkiyə Superliqasının 13-cü turunda keçirilən "Qalatasaray" - "Fənərbaxça" derbisi maraqlı anlarla yadda qalib. 

Sportarena.az xəbər verir ki, ev sahibi komandanın azarkeşləri son günlər hər kəsin diqqətini cəlb edən "Squid Game" serialına dair xareoqrafiya hazırlayıblar. Xarioqrafiyada qeyd olunub: "İştirakçı 1907 kənarlaşdırıldı". 

 

"Fənərbaxça" isə 2:1 hesablı qələbə qazandığı matçdan sonra öz sosial media hesablarında paylaşım edərək yazıb: "İştirakçı 1905 kənarlaşdırıldı".

Tərəflər 1905, 1907 rəqəmlərini yazmaqla klubların yarandığı tarixdən bəhs ediblər.



Digər xəbərlər

Xəbər xətti